Dünyada daxili aviadaşımalarda vəziyyət yaxşılaşıb

Koronavirus pandemiyasının çox ciddi təsir etdiyi aviasiya sektorunda yaxşılaşma davam edir. Əgər ötən ilin sonundan etibarən beynəlxalq reyslərdə vəziyyət yaxşılaşırdısa, indi daxili reyslərdə də ciddi canlanma hiss olunur.
Avtosfer.az-ın xəbərinə görə, aprel ayında daxili reyslərdə daşınan sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövründəki göstəricini ötüb. Belə hala koronavirus pandemiyası başlayandan bəri ilk dəfə rast gəlinir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) statistikasına görə, daxili reyslərdəki sərnişin sayı 2019-cu ilin aprelindəkinin 102,9%-nə bərabər olub. Həm də bu artım inflyasiya və biletlərin bahalaşması fonunda baş verib.
Daxili daşımaların artması ilk növbədə Çindəki sanitar məhdudiyyətlərin ləğvi ilə bağlıdır. 2019-cu illə müqayisədə bu apreldə aviasiyadan istifadə edən çinlilərin sayı 106% artıb. ABŞ-da göstərici 103%-dir.
Lakin Çinin sərhədləri açması beynəlxalq daşımalara çox da ciddi təsir etməyib. Ən ciddi intensivlik Asiya-Sakit okeanı regionunda qeydə alınıb. Amma IATA-nın baş direktoru Villi Valş gələcəyə optimist nəzərlə baxır: “Şimal yarımkürəsində yay mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq təyyarələr və aeroportlar səyahət azadlığından bəhrələnmək istəyən insanlarla doludur. Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə işsizlik minimuma endiyi üçün biz daha çox turistin təyyarə ilə səyahət edəcəyinə inanırıq”.
Bununla belə, təşkilat aviasiyanın inkişafına mane olan amil kimi yanacaq-sürtkü materiallarının bahalaşmasını və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini qeyd edir.
Vüqar Yaşaroğlu
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı












