Dünyada hərbi xərclər REKORD HƏDDƏ çatıb - 2,2 trilyon dollar

Dünyada hərbi xərclər keçən il yenidən artaraq rekord həddə - 2,2 trilyon dollara çatıb.
Bu barədə Avropa İttifaqının xarici siyasət komissarı Josep Borrelin bəyanatında deyilir.
“Kimsə bunun Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı olduğunu düşünə bilər. Təbii ki, Avropa ölkələrində hərbi xərclər Krımın Rusiya tərəfindən ələ keçirilməsinə qədərki 2013-cü illə müqayisədə 30 faiz çoxdur”, - Borrell qeyd edib.
Onun sözlərinə görə, Asiyada hərbi xərclərin artması tendensiyası daha qabarıqdır. Ötən il Asiya və Okeaniyada hərbi xərclər 2013-cü illə müqayisədə 45 faiz çox olub. On il ərzində biz hərbi xərclərimizi müvafiq olaraq 30 və 45 faiz artırmışıq. Bu, hər gün getdikcə daha təhlükəli bir dünyada yaşadığımızı göstərir. (lent.az)

“Ancaq bizim (Avropanın) sabitlik və rifahda həyati maraqlarımız var. Bizim rifah və təhlükəsizliyimizdə həyati və ümumi maraqlarımız var.
Təəssüf ki, Rusiyanın Ukraynaya təcavüzü bizə sakitlik vermir, bu, bizim çoxlu enerjimizi alır, amma bu, “yalnız Avropa müharibəsi” deyil. Sözügedən prinsiplər hər kəsə təsir edir. Və bu açıq şəkildə demək olar ki, bütün insanlar üçün ərzaq və enerji qiymətləri baxımından qlobal təsirlərə malikdir. Beləliklə, biz hamımız bir-birimizin təhlükəsizliyində maraqlıyıq”, - o deyib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












