Dünyada təyyarə biletləri bahalaşıb

Yay fəslinin yaxınlaşması ilə istirahət planları dəqiqləşir. Tətilini başqa ölkədə keçirən insanlar əsasən aviasiyaya üstünlük verirlər. Bu da təyyarə qiymətlərində artımı şərtləndirir. Bəzi turizm destinasiyaları üzrə isə indidən bilet qıtlığı yaranıb. Problemin kökündə təkcə tələbin artması dayanmır.
Avtosfer.az-ın xəbərinə görə, dünyada təyyarə biletlərinə tələbat kəskin şəkildə artıb. Əksər şirkətlər koronavirus pandemiyasından əvvəlki müştəri sayını bərpa edib. Turist sayı da 2022-ci illə müqayisədə kifayət qədər çoxdur. Tələbin yüksəlməsi isə qiymət artımı ilə nəticələnir. Almaniya, İspaniya, Fransa və İtaliya kimi ölkələrdə cari ilin ilk rübündə təyyarə biletləri 20-25% arası bahalaşıb.
Lakin qiymət artımını şərtləndirən yeganə amil tələb-təklif nisbəti eyil. Digər ciddi amil Rusiya-Ukrayna münaqişəsi nəticəsində kerosinin bahalaşmasıdır. Ötən il kerosin 71% bahalaşıb. Eyni zamanda detalların qiyməti və təmir xərcləri də ciddi şəkildə artıb.
Ekspertlərin qənaətinə görə bahalaşmada təyyarə istehsalçıları da müəyyən rol oynayır. Belə ki, pandemiya dövründə fəaliyyəti zəifləmiş istehsalçılar sifarişləri vaxtında çatdıra bilmir. Digər tərəfdən, pandemiya ilə başlayan xammal qıtlığı bu gün də davam edir. 2020-ci ildə pozulmuş təchizat zənciri tam bərpa eielməyib. Buna görə də, aşağı büdcəli şirkətlər hava gəmisi qıtlığı yaşayır. Problemdən çıxış yolunu isə qiymət artımında görürlər.
Sərnişinlər isə biletə çox pul ödəməmək üçün onu 5-6 ay əvvəldən alırlar. Almaniya və Fransadan Yunanıstana yay mövsümünə nəzərdə tutulan biletlərin 60%-dən çoxu satılıb. Avropalıların Məğribdə (Şimal-Qərbi Afrika) əsas destinasiyası olan Əlcəzair və Mərakeşə ucuz bilet tapmaq çətinləşib. Bunun səbəbi Şimali Afrika ölkələrinin ötən ay aeroportlardakı sanitar məhdudiyyətləri ləğv etməsidir. Bu səbəbdən, son 3 ildə Qara qitədəki qohumlarını görə bilməyən avropalıların bura axını başlayıb.
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










