Dünyanın ən böyük təyyarəsi vurulduqdan 1 il sonra - FOTO

Ötən ilin avqustunda dünya mediası belə bir xəbəri başlığa çıxardı: Rusiya SQ-nin raket zərbəsi nəticəsində dünyanın ən böyük təyyarəsi An-225 (Mriya) məhv olub. Bəli, sovet aviakonstruktorlarının şah əsərinin 33 illik istismarına rus raketi son qoymuşdu.
Avtosfer.az-ın xəbərinə görə, yoxlama komissiyası təyyarənin təmirə yaramadığı haqqında akt tətrib etdikdən sonra maşından bəzi yararlı detallar çıxarıldı. Bu günlərdə, məhv edilməsindən 1 il sonra təyyarənin vəziyyəti barədə məlumatlar təkrarən Ukrayna mediasında yer alıb.
Bildirilir ki, zərbə nəticəsində pilot kabinəsi və elektronika sıradan çıxıb. Təyyarədən çıxarılan 6 mühərrikdən üçünü bərpa edib An-124-lərdə quraşdırmaq mümkün olub. Təyyarənin quyruq hissəsi də nisbətən salamatdır və gələcəkdə bu tip təyyarələrin istehsalında istifadə edilə bilər.
Ukrayna müharibəsi yeni başlayarkən Qərb kəşfiyyatı Kiyevə bu təyyarəni bütün heyət və ehtiyat hissələri ilə birgə Avropa aeroportlarına köçürməyi tövsiyyə etsə də, bu təklif qulaqardına vuruldu. Sonradan məlum oldu ki, Antonov aviaşirkətinin rəhbərliyi Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirmiş. Bu təyyarənin vurulması ilə Ukraynaya 3 milyard dollar zərər dəyib.
Ötən il təyyarənin yenisinin hazırlanması barədə söz gəzsə də, sonradan təkzib edilib.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













