Dünyanın ən yaxşı hava yolları - SİYAHI

Britaniyanın “Skytrax” agentliyi dünyanın ən yaxşı hava yolları şirkətlərinin illik reytinqini açıqlayıb.
2023-cü ildə aviadaşıyıcılar arasında lider dəyişib.
“Skytrax”ın məlumatına görə, nəticələr 2022-ci ilin sentyabrından 2023-cü ilin mayına qədər davam edən onlayn müştəri sorğusuna əsasən dərc olunub. Sorğuda 100-dən çox millətdən olan sərnişin iştirak edib.
Bildirilir ki, Avropada Türk Hava Yolları müəyyən üstünlük əldə edib və "Avropanın ən yaxşı hava yolu şirkəti" adı da daxil olmaqla dörd mükafat qazanıb.
Siyahını təqdim edirik:
1. Sinqapur Hava Yolları (Sinqapurun milli aviaşirkəti);
2. Qatar Airways (Qətərin milli aviaşirkəti);
3. ANA All Nippon Airways (Yapon Hava Yolları);
4. Emirates (Dubayda yerləşən hava yolu şirkəti);
5. Japan Airlines (Yaponiyanın milli aviaşirkəti);
6. Türk Hava Yolları (Türkiyənin hava daşıyıcısı);
7. Air France (Fransa milli aviadaşıyıcısı);
8. Cathay Pacific (Honq Konqun flaqman aviaşirkəti);
9. EVA Air (Tayvan beynəlxalq aviaşirkəti);
10. Korean Air (Cənubi Koreyanın ən böyük aviaşirkəti).
Qeyd edək ki, ötən il reytinqdə 3-cü yerə düşən Sinqapurun “Çanqi” hava yolları bu il yenidən birinci yerə qayıdıb. Ümumilikdə Sinqapur Hava Limanı 12 dəfə birinci yeri tutub. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












