Dünyaya ən çox zərər verən şəxs kimdir?

Tomas Midcli 1889-cu ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuş və atası kimi elm adamı olmaq istəmişdir, kimya elminə daha çox meyl etmiş və və öz işində daha çox pul qazanmaq məqsədilə bir-neçə ixtiralar eləmişdir.
Onun ilk ixtirası soyuducular üçün kəşf etdiyi xloroform və karbon qazı oldu. Xloroform və karbon qazından dezodorant, soyuducu və kondisioner istehsalında sənayenin inkişafına səbəb oldu. O, bu kəşfinə görə yüksək mükafat aldı, amma uzun illər sonra məlum oldu ki, onun kəşf etdiyi bu qaz atmosferin qoruyucu təbəqəsi olan ozon qatının zədələnməsinə səbəb olub. Bu qazların səyaye sektorunda istifadəsinə 1970-ci illərdə qadağa qoyuldusa da, atmosfer yetərincə zəhərlənmiş və zəhərlənməkdə davam edirdi.
1920 - ci ildə Tomas Middcli benzinin asanlıqla əldə edilməsi üçün tetraetil qurğuşun maddəsini kəşf etdi və bu kəşfinə görə Amerika hömüməti tərəfindən yüksək mükafata layiq görüldü. Bir çox avtomobil şirkətləri onun kəşf etdiyi benzindən yararlandığına görə o çox varlandı və şəxsi tetraetil fabrikini qurdu. Bir müddət sonra fabrikdə işləyənlərin qurğuşundan zəhərlənərək öldüyünü görən Tomas özündə də xəstəliyin əlamətlərini hiss edib Mayamiyə gedir. Onun əldə etdiyi benzindən dünyanın bütün ölkələrində istifadə edildiyinə görə bütün insan və heyvanlar daxil olmaqla yer kürəsinin yaşıl təbiəti də zəhərlənmiş oldu. Həmin benzindən istifadə edən avtomobilləri atmosferə buraxdığı qurğuşun tetraetil qazı dünyadakı bütün insanları zəhərləyir. Bu qaz hava vasitəsilə insanın qanına, oradan da beyninə daxil olur və beyin hüceyrələrini zəhərləyir. Zəhərlənməyə məruz qalan neyronlar isə insanların məntiqini, zehnini korlayır. Bir sözlə Tomasın bu kəşfi sayəsində yer kürəsinin bütün əhalisi və ozon təbəqəsi zərər görmüş olduğuna görə o bəşəriyyətə ən çox zərər vuran adam hesab olunur.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












