Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutması nəticəsində Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə nazirliyə məxsus “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün “Aztelekom” telekommunikasiya üzrə vəziyyətə nəzarəti gücləndirib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












