Əcnəbi vətəndaş Abşeronda müəmmalı şəkildə öldü

Xəbərlər 21 Sentyabr 2022 11:18
Əcnəbi vətəndaş Abşeronda müəmmalı şəkildə öldü
WhatsApp kanalımıza abunə olun

Abşeronda kişi hamam otağında ölüb.

Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsi, “Təzə məhəllə” adlanan ərazidə qeydə alınıb.

Azərbaycanda müvəqqəti yaşayış icazəsi olan Filippin vətəndaşı Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək ölüb.

Onun meyiti arvadı Tongol Çimnaz Tağı qızı tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 806
ŞƏRH YAZ
Ad

E-mail

Şərh