Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: yanvarın 4 və 7-də...

2023-cü il maqnit qasırğası olacaq tarixlər açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu tarxilər barədə "Gismeteo" portalında məlumat yerləşdirilib.
Yanvarın 3-ü zəif maqnit qasırğası gözlənilir. Sonra yanvarın 4-də günəş aktivliyi bir qədər də artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır.
Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar.
Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.
Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












