Əhməd Məmmədli hakim qarşısına çıxarıldı

Bakıda baş verən insidentə görə saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.
Avtosfer.az oxu.az- a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Ə.Məmmədlinin vəkili Elçin Sadıqov məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini və müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəsə də, məhkəmə vəsatəti təmin etməyib.
Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti iclas sentyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Əhməd Məmmədli Biləcəridə baş verən insidentlə bağlı saxlanılıb.
Məlumata görə, mayın 6-da 1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyevə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Əhməd Vüqar oğlu Məmmədli olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.
İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












