Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun 2 milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayeva ifadə verib.
Bundan əvvəl Lütvəli Babayev də məhkəmədə sorğu-sual edilmişdi. Bu dəfə isə onun həyat yoldaşı şahid qismində ifadə verib. R.Babayeva hakim qarşısında oğlu Babəlini aldadanlardan şikayətçi olduğunu deyib.
Şahid prosesə sədrlik edən hakim Mahirə Kərimovanın, prokurorun və müdafiə tərəfinin suallarını cavablandırarkən, bəzi hallarda istintaq vaxtı müstəntiqə verdiyi ifadədən fərqli şeylər deyib.
Fotoda Ehtiram Kərimov və Aruz Əliyev
Eks-icra başçısının xanımı əsasən təqsirləndirilən Ehtiram Kərimovdan şikayətlənib, oğlunun əmlakının ələ keçirilməsində əsas onun rol oynadığını deyib. Digər müttəhim Aruz Əliyevə gəlincə, xanım şahid onu çoxdan tanıdıqlarını, onların ailə həkimi olduğunu deyib. O, oğlunun çox şeyi Aruzla məsləhətləşdiyini, inandığı üçün də əmlakı idarə etmək üçün ona etibarnamə verdiyini əlavə edib. Əmlakın satılmasını isə Babəli sonradan öyrənib.
Prosesin davamında Rübabə Babayeva başqa sualları da cavablandırıb.
Qeyd edək ki, Aruz Əliyev və dostu Ehtiram Kərimov polis tərəfindən aparılan istintaqla həbs ediliblər. A.Əliyev bu hadisəyə kimi “Uniklinika”nın baş həkimi olub. İttihama görə, Babəli Babayevin 1 milyon manat vergi borcu olub. Aruzla Ehtiram da vergini ödəməkdənsə, ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda onlar Babəlinin Türkiyəyə qaçmasını təşkil edib. İcra başçısının oğlu ölkədən çıxdıqdan sonra onlara öz əmlaklarını etibarnamə əsasında idarə etmə hüququ verib. Aruz və Ehtiram isə ev və başqa əmlakı 2 milyona sataraq pulunu öz maraqlarına xərcləyiblər.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












