Taleh Kazımov Azərbaycanda inflyasiya proqnozunu açıqladı

"Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəl elan etdiyi kimi, ölkədə orta illik inflyasiyanın 2026-cı ilin yekununda 6,1%, 2027-ci ilin yekununda isə 5,8% olacağını gözləyir".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Global Finance" jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, əsas məqsəd qiymət sabitliyinin təmin olunmasıdır: "Təklif baxımından yuxarı istiqamətli risklər mövcud olsa da, hər iki göstərici müəyyən edilmiş dəhliz çərçivəsindədir. Başlıca vəzifə hədəfi dəyişmək yox, məzənnə stabilliyini əsas, banklararası dərəcələri isə daxili inflyasiya üzrə yardımçı lövbər olaraq saxlamaqla faiz dərəcəsi transmissiyasının təsirini artırmaq və daha da dərinləşdirməkdir".
T.Kazımov xatırladıb ki, 2022-ci ilin sentyabr ayından etibarən sıfırdan aktiv banklararası pul bazarı formalaşdırılıb:
"Banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR bir ildən artıq müddətdir ki, bizim ikinci dərəcəli əməliyyat hədəfimiz statusundadır və hazırda siyasət dərəcəsi ilə orta spred təqribən dörd baza bəndi təşkil edir. Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı birbaşa AZIR-ə əsaslanan dəyişkən faizli istiqrazlar buraxdı ki, bu da daha möhkəm etimad nümayişidir. Bizim üç əsas prioritetimiz mövcuddur: bazar dərəcələrinə ötürücülüyün gücləndirilməsi; gəlirlilik əyrisi də daxil olmaqla, AZIR-ə istinad edən maliyyə alətlərinin genişləndirilməsi vasitəsilə kapital və pul bazarlarının dərinləşdirilməsi, həmçinin məlumat analitikası və süni intellekt texnologiyaları ilə proqnozlaşdırma sisteminin təkmilləşdirilməsi".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












