Ekspert: “Nəqliyyat sahəsində vacib dəyişikliklər gözlənilir”

“Prezident İlham Əliyev tərəfindən vacib islahatlar həyata keçirilir. Eyni zamanda ölkə siyasətinin ictimai rəyə əsaslanması xalqın maraqlarının dövlət siyasətində əks olunması ilə nəticələnir. Beləliklə, həm dəniz suyunun duzsuzlaşdırılması, həm nəqliyyatla bağlı verilən qərar gələcəyə hesablanmış vacib addımlardır. Ölkədə baş verən struktur islahatlar sürətlə davam edir. Nəqliyyat sahəsində vacib dəyişikliklər gözlənilir. Azərbaycan Prezidentinin sərəncam və fərmanları müsbət mənada ciddi dəyişikliklər yaradacaq”.
Bu fikirləri Azertac-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov qeyd edib.
Prezident İlham Əliyevin Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalamağı bundan sonra bu sahədə baş verən narazılıqları aradan qaldıracaq.
Ekspert qeyd edib ki, Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin, o cümlədən göstərilən xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur.
Fərmana görə, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunur.
Ekspert əlavə edib ki, nazirliyin son zamanlarda uğurlu işlər həyata keçirməsi bu prosesin öhdəsindən gələcəyini söyləməyə əsas verir.
Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilir. Yaxın zamanlarda bu prosesin nəticəsini ictimai nəqliyyatda əsaslı şəkildə hiss olunacaq.
Ekspert əlavə edib ki, Azərbaycan dövləti ictimai fikrə əsaslanan idarəetmə siyasətini bundan sonra da uğurla davam etdirəcək.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











