Ekspert taksilərin qiyməti qaldırmasına haqq qazandırdı

Ötən gecədən başlayaraq Bakı və Abşeron yarımadasında qar yağır. Qarın yağması özü ilə bəzi problemlər gətirib ki, bunlardan biri də nəqliyyatla bağlıdır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qarın yağmasından sonra taksilərdə gediş haqqı artırılıb. Belə ki, xidmtə taksilərində əvvəl 3-5 manat arası dəyişən məsafə üçün 20-30 manat gediş haqqı tələb edilib. Bu da sərnişinlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat və yol məsələləri üzrə ekspert Ərşad Hüseynov Ərşad Hüseynov bildirib ki, taksi qiymətlərinin artımı başadüşüləndir:
“Qarlı havada avtomobillərin yanacaq sərfiyyatı artır. Çünki avtomobil asta sürətlə hərəkət edir, eyni zamanda qarda təkərlər boşuna fırlanır. Ümumilikdə, yollarda vəziyyət təhlükəli və risklidir. Belə olan halda taksi qiymətlərinin əvvəlki günlərdən fərqli olması başadüşüləndir”.
Ekspert bildirib ki, qiyməti artırarkən insaflı davranmaq lazımdır: “Artım riskə uyğun olmalıdır. Yoxsa “heç kim yoxdur, mən qiyməti 10 manata yüksəldim” fikri qətiyyən düzgün deyil”.

Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinin qışa hazır olmasına gəlincə, Ə.Hüseynov deyib: “Minik avtomobilini qışa hazırlamaq təkcə taksi sürücüləri üçün vacib deyil, hər kəs qışa hazırlıqlı olmalıdır. Ancaq buna görə heç bir tədbir görülə bilməz. Çünki qanunvericilikdə bununla bağlı prosedur müəyyən edilməyib. Ən yaxşısı hazır olmayan avtomobillərin yola çıxmamasıdır”.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












