“Əldə edilən kəşfiyyat məlumatlarına əsasən…” - Generaldan açıqlama

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycan Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini həkk etdirir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev “Düşmən tərəfindən törədilən bütün hərbi cinayətlər gücsüzlüyün, aşkar məğlubiyyətin təzahürü və sübutudur” başlıqlı məqaləsində bildirib. O qeyd edib ki, artıq bütün dünya ordumuzun yenilməzliyinə, qazandığı nailiyyətlərinə və gücünə bələd olmaqla bərabər, Azərbaycan dövlətinin müharibə şəraitində belə, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiq qalmaqla apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində öz tarixi, əzəli-əbədi torpaqlarını işğaldan azad edərək regionda sülhün və ədalətin bərpası üçün əməli işlər gördüyünün şahidi olur.
“Müdafiə Nazirliyi tərəfindən əldə edilən kəşfiyyat məlumatlarına əsasən aydın olub ki, Ermənistanın Xocavənd istiqamətinə xeyli miqdarda qadağan olunmuş ağ fosfor tərkibli hərbi sursat gətirərək Şuşa meşələrində yanğınlar törətməsi onların növbəti hərbi cinayət törətmək niyyətinin açıq-aşkar sübutudur. Düşmən döyüş və hərbi əməliyyatlar zamanı ordumuzun uğurlu irəliləyişinin qarşısını almaq məqsədilə ekoloji terror törədərək zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə edərək meşələri yandırmaqla ətraf mühitin qorunması üzrə beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların uzun müddət davam etməsində maraqlı olan riyakar düşmən döyüş meydanında məğlubiyyətini etiraf edir və hərbi cinayətlər törədərək dünyaya öz işğalçı və terrorçu imicini bir daha tanıdır.
Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan tərəfindən hərbi cinayətlər və dinc əhalinin atəşə tutulması davam edir. Azərbaycan Ordusunun nümayiş etdirdiyi təmkin və mərkəzləşmiş vahid komandanlıq altında idarəetmə sistemi ilə Ermənistan ərazisindən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir və çevriləcək”.
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










