Əlilliyi ləğv edilən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkə səhifələrində Quliyev Elşad Elbrus oğluna əlillik təyin edilməməsi ilə bağlı narazılığı barədə yayılan videoya münasibət bildirib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, vətəndaşın səsləndirdiyi ittihamlar əsassızdır: "Çünki ötən illərdə Quliyev Elşad Elbrus oğluna hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib.

Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər.
Bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb".
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












