Banner

Əmək kitabçaları dövriyyədən çıxarılacaq - Agentlik sədri

Xəbərlər 11 Yanvar 2023 15:07 Oxunub 832
Əmək kitabçaları dövriyyədən çıxarılacaq - Agentlik sədri
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Agentliyi 2023-cü ildə yeni layihələr, o cümlədən "İctimai portal", "Elektron əmək birjası", həmçinin "Bacar" elektron məşğulluq kartı kimi layihələr və əmək münasibətləri sferasında digər sistemlərin reallaşdırılması üzərində işləməyə davam edir.

Bu barədə Trend-ə Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə 2022-ci ildə agentlik karyera inkişafı üzrə forum keçirib, gənc mütəxəssislər üçün "Məktəbim" layihəsini və kənd yerlərində turizmin inkişafı proqramını reallaşdırıb.

"Bundan başqa, 2022-ci ildə biz bir neçə layihəyə start verdik və bunların reallaşdırılması 2023-cü ildə də davam etdiriləcək. Burada söhbət təcrübə mübadiləsi üzrə institutun formalaşmasına yönəlmiş layihədən gedir. Həmçinin qeyd etmək istəyirəm ki, bizim beynəlxalq institutlarla, xüsusən Dünya Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzi ilə də layihələrimiz var. Biz bu təşkilatlarla birgə startap layihələr üzərində işləyirik. Həmçinin 2022-ci ildə əmək münasibətlərinin rəqəmsal alt sistemi işə salındı ki, bu da işçi ilə işəgötürən arasındakı qarşılıqlı fəaliyyətin get-gedə rəqəmsallaşmasına xidmət edəcək. Bu layihə çərçivəsində bizim əsas hədəfimiz elektron əmək müqavilələrinin formalaşmasına və mütləq aparıcı vakansiyalar bankının və bu sferada yeni yanaşmaların yaranmasına yönəlib.

Agentlik rəhbərinin sözlərinə görə, müəssisənin əsas hədəfi əmək münasibətlərinin yeni rəqəmsal ekosisteminin yaradılmasından ibarətdir.

"Bugünkü gün artıq qoyulan hədəfin əldə olunmasına yönəlmiş tədbirlər planı formalaşıb. Birincisi, bizim əsas hədəfimiz iş axtaran vətəndaşlar üçün vakansiyaların əlçatanlığının təmin olunmasına yeni, innovativ yanaşmadan ibarətdir. İkincisi, biz işəgötürənlər üçün də yeni, innovativ yanaşma tətbiq edirik. Burada xüsusən mütəxəssis axtarışının yeni metodlarından söhbət gedir. Eyni zamanda bizə gələcək məşğulluğu proqnozlaşdırmağa, əmək münasibətləri sferasındakı boşluqları aradan qaldırmağa, həmçinin gənc mütəxəssisləri əmək bazarındakı gələcək çağırışlara hazırlamağa imkan verəcək yeni verilənlər bazası üzərində çalışırıq", - o, bildirib.

M.Abbasbəyli aparılan islahatlar nəticəsində son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayı artaraq 400 mini keçdiyini xatırladıb.

"Bu hədəflərin əldə olunmasında vergi sferasındakı islahatlar, xüsusən fiziki şəxslərin, habelə özəl sektorun gəlir vergisindən azad olunması, müqavilələrin rəqəmsallaşdırılması və digər dövlət strukturlarındakı islahatlar mühüm rol oynayıb. Bununla yanaşı hökumətin dəstəyi, o cümlədən minimal və orta əmək haqqının, pensiya və müavinətlərin artması da qeyd edilməlidir. Bundan başqa, əməyin ödənilməsi fondu iki dəfədən çox böyüyüb

ŞƏRH YAZ
Ad

E-mail

Şərh