Emin Əfəndi Rusiyaya buraxılmaması barədə açıqlama verdi

Tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmaması ilə bağlı açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Prodüser bildirib ki, Moskvaya uçan təyyarədə bütün azərbaycanlıların pasportlarını yığıblar, hamını ən azı iki saat gözlədiblər, bəzilərini, onun kimi, ümumiyyətlə, buraxmayıblar:
"Bu, artıq ayrı-ayrı insanların münasibəti deyil, bu, dövlət səviyyəsində qurulmuş bir sistemdir və hər gün daha da sərtləşir...
Sən milyon dəfə "xüsusi hərbi əməliyyat" desən də, hamı bilir ki, bu, müharibədir, öldürülən əsgərlər, dağılan evlər, günahsız uşaqlar, qadınlar, bunlar müharibənin acı həqiqətləridir, mən də bütün normal insanlar kimi qan tökülməsinə qarşıyam, bunu dünya başa düşür, amma sən anlamadın, ya da anlamaq istəmədin, sən artıq Oruellin qələmi ilə yazılmış canlı bir kitaba çevrilmisən...
Bir sutka ərzində mən müxtəlif, əsasən də müsəlman ölkələrindən gələn insanlarla bir yerdə oldum, onlarla söhbət edərkən anladım ki, ölkəmizə münasibət dəyişib, o insanlar bizə xüsusi hörmətlə yanaşır, başa düşür, həmrəylik göstərirdilər, biz bunu müstəqil siyasətimiz və ədalət savaşımızla qazanmışıq. Sorğu-sual aparan paqonlular isə sadəcə dindirən deyildilər, onlar sanki Solovyovun dili ilə mənimlə mübahisə edir, özlərini haqlı göstərməyə çalışırdılar, həmin anda bir daha dərk etdim ki, bizim ölkə böyüyür, güclənir, inkişaf edir və bu inkişaf çoxuna sərf etmir...
Səninlə yollarımız bura qədərdir, Rusiya. Bilirəm ki, sənə qayıdışım çətin ki, baş versin, bu mənim üçün bağlanan qapı deyil, bu sənin üzünə bağlanan güzgüdür, səninlə vidalaşıram, amma sənin kölgəndən qorxmadan gedirəm, çünki arxamda böyüyən və güclənən dövlətim var".
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə yaydı - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










