“Emin Əmrullayev milləti təhqir edib, üzr istəməlidir” – Deputat

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin milləti təhqir etdiyini əsas gətirərək onu Azərbaycan xalqından üzr istəməyə çağırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə deputat özünün sosial şbəkə hesabında yazıb.
“Emin Əmrullayev deyir ki, yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Sonra deyir ki, mən faktı deyirəm. Bu nə deməkdir? Belə fakt olar? Hansı mətni? Ölkənin elm və təhsil naziri milləti təhqir edir. Sən hardan bilirsən ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Heminqueyin, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür? Nazir bu fikrinə görə Azərbaycan xalqından üzr istəməlidir”, – o bildirib.
Qeyd edək ki, E. Əmrullayev sözügedən fikirləri iyulun 6-da “Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə səsləndirib.
“Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır”, – nazir deyib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












