Ərçivan məktəbliləri narkomaniyaya qarşı maarifləndirildi - FOTO

Antinarkotik təbliğatı çərçivəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şagirdlərlə növbəti görüş Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbdə keçirilib.
Avtosfer.az xəbər verir ki, şöbə əməkdaşları çıxışlarında narkotik vasitələrin, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıblar. Narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vurduğu, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan əsas amillərdən biri olduğunu vurğulanıb.
Görüşdə həmçinin, erkən nikah kimi neqativ halların gələcəkdə səbəb olduğu fəsadlardan, həmin ailələrdəki fərdlərin fiziki və mənəvi sağlamlıq baxımından üzləşdiyi təhlükələrdən danışılıb. Yeniyetmə və gənclərin ilk növbədə təhsilə, sağlam həyat tərzinə maraq göstərməli olduğu, cəmiyyət üçün gərəkli bir fərd olmaq üçün çalışmasının zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra müzakirə olunan mövzularla əlaqədar videoçarxlar nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO














