Ərdoğan yeni helikopterə “NƏFƏS” verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınsöndürən təyyarələrin təhvil verilməsi mərasimində iştirak edib.
Avtosfer.az xəbər verir ki, prezident T-70 helikopterinə "NEFES" adını verib
Məlumata əsasən, bir Sikorsky T70 tipli yanğınsöndürmə helikopteri, dörd Air Tractor model yanğınsöndürmə təyyarəsi və bir kəşfiyyat təyyarəsi Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasına verilib.
Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan kəşfiyyat təyyarəsinə "OTAĞ" adını verib.
Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən "NEFES" 2,5 ton su atma qabiliyyətinə malikdir. Hazırda Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasındakı 22 təyyarə və 9 helikopterdən ibarət 31 texnikanın ümumi dəyəri 286 milyon dollar təşkil edir. Bundan əlavə, Türkiyənin yerli və milli Atak-2 helikopterlərindən istifadə edərək 4 ton su atma qabiliyyətinə malik 10 helikopterin istehsalı üçün TUSAŞ-la 208 milyon dollarlıq müqavilə imzalanıb.
Modern.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












