Ərdoğanın Zəngəzur tələbi: Dəhliz açılmasa... - İrəvana son şans verildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində nazir Ceyhun Bayramov Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan, eləcə də digər rəsmi şəxslərlə görüşüb.
Görüşlərdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Ərdoğan və Bayramov, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə fikir mübadiləsi aparıblar.
Türkiyə lideri Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb:
“Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Laçın yolundakı son hadisələrlə bağlı Ermənistana mesaj ünvanlayıb:
“Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər. Azərbaycana qarşı ittihamlar əsassızdır”.
Ceyhun Bayramovun Ankaraya səfəri barədə Modern.az-a danışan Türkiyənin Fransadakı keçmiş səfiri, peşəkar diplomat Uluç Özülker dünənki görüşlərdə Ermənistana ciddi mesajlar verildiyini deyib.

Onun sözlərinə görə, Laçın yolunda baş verən hadisələrdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun qardaş ölkəyə səfəri xüsusi əhəmiyyət kəsb edir:
“Azərbaycan Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın tələbləri həmçinin bizim tələblərimizdir. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşma prosesi də Azərbaycanla maraqlarımıza uyğun şəkildə tənzimlənir. Ankaranın qarşıya qoyduğu ilk tələblərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bizim əsas şərt olaraq irəli sürdüyümüz Zəngəzur dəhlizi məsələsi hələ də aktivdir. Türkiyə artıq bir neçə dəfə bildirib ki, Zəngəzur dəhlizi açılmayana qədər digər məsələlər həll olunmayacaq. Biz bunu ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana verdiyi mesajda bir daha aydın şəkildə gördük. Yenə də bildiririk ki, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında sülh müqaviləsinin başlanğıcı ola bilər. Eyni zamanda Türkiyə və Ermənistan münasibətlərinin normallaşması yeni mərhələyə keçə bilər”
Sabiq səfir Ermənistanın TIR şousu və Laçın yolunda baş verən son hadisələrə də münasibət bildirib:
“Bu kimi addımlar Ermənistan tərəfinin hazırladığı növbəti oyunlardır. Təbii ki, son hadisələrin olması sülh müqaviləsinin bağlanmasını əngəlləmək xarakteri daşıyır. Həmişə olduğu kimi Qərb hadisələrə birtərəfli baxır. Bu ərazilər Azərbaycanın hüquqi torpağıdır. Buradan necə istifadə etmək də Azərbaycanın daxili işidir. Əgər bir ölkənin ərazisinə qanunsuz qüvvələrin silahlanması üçün daşınmaların qarşısı alınmalıdır. Laçın yolunda olan hadisələrlə bağlı Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyir”.
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










