Erməni general müharibə zamanı Şuşa məktəbinin zirzəmisində gizlənibmiş

"Biz müharibədən qayıdanda general Artur Vanetsyan bizə müharibə haqqında danışmağı qadağan etdi. Bircə dəfə dedi: Uşaqlar, 44 günlük müharibədə qalib gələnlər şöhrət içində dincəlirlər, amma biz qalib gəlmədik".
Avtosfer.az xəbər verir ki, bunu erməni siyasətçi Vahe Doxoyan açıqlayıb.
O, etiraf edib ki, generalın rəhbərliyi altında qələbə üçün hər şeyi etsələr də qalib olmayıblar: "Komandir məni bağışlasın, amma sizə onlarla əhvalatdan yalnız birini deməliyəm: Biz Şuşada idik. Komandirin 19 yaşlı oğlu Artyom Vanetsyan da bizimlə idi. Ağır bombardman başlayanda bir general (adını demirəm) bizə yaxınlaşıb dedi: Uşaqlar, kimin heyətindəsiniz? “Vanetin” dedik.
Dedi ki, tez maşınlara minib arxamca gəlin. Maşının fənərləri sönmüş halda, Vanetsyanla mən bir neçə avtomobilin arasından ağaclara və qayalara çarparaq Şuşa məktəbinin zirzəmisinə getdik.
Şamın zəif işığında hər birimiz yanımızda olan insana baxırıq. Saniyələr sonra məlum olub ki, Vanetsyanın oğlu Artyom daha üç nəfərlə birlikdə itkin düşüb. Heç bir əlaqə, məlumat yoxdur.
Dəstədən bir neçə nəfər onları axtarmağa getdi. Beton döşəmədə yaş, soyuq, yorğun oturmuşuq, qulaqbatırıcı bir sükut hökm sürür.
Bir müddət sonra Artyom oğlanlarla birlikdə içəri daxil oldu. Məlum olub ki, bomba partlayışı dalğasından maşın aşıb və onlar yaxınlıqdakı binanın zirzəmisinə sığınıblar.
Saatlar keçdi, səhər çıxdıq gördük ki, demək olar ki, bütün maşınlarımızı partladıblar".
Qeyd edək ki, general-mayor müharibədən əvvəlki dövrdə Ermənistan təhlükəsizlik xidmətinin rəisi vəzifəsində çalışıb. Onun döyüş yoldaşları generalın guya sona qədər cəbhədə döyüşdüyünü iddia edirdi. (unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












