Erməni qarmonçunun oğurladığı mahnılarımız səhifəsindən silindi

“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Gagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və https://www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirib. G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.
Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası yutubun qeyd edilən səhifəsindən silinib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












