Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə basqın ediblər

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.
Avtosfer.az -ın xəbərinə görə, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.
“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.(APA)
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO












