Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıxda erməni evində aşkarlanıb - FOTO

Xocavənddə azərbaycanlılara aid qəbiristanlıqlardan sökülən qəbir daşlarını ermənilərin yaşadığı evdə aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, Xocavənd rayonunun Azıx kəndində çəkiliş aparan zaman 20 azərbaycanlıya məxsus məzar daşı tapılıb. Mərmər daşlar erməni ailənin yaşadığı evin qarajında aşkarlanıb. Məzar daşlarının üzərində ad, soyad, doğum və ölüm tarixləri qeyd olunub:
Əliyeva Qönçə Həmzə qızı (1914-1990)
Qarayev Əli Zülfüqar oğlu (1933-1992)
Hüseynova Telli Şirin qızı (1903 -1991)
Məmmədov Sərxan Gülmalı oğlu (1886-1975)
Hacıyeva Bəyim Ələkbər qızı (1912-1989)
Məmmədova Şamama Namaz qızı (1894-1978)
Səfiyev Fərhad Mürsəl oğlu (1917-1993)
Atakişiyeva Bəyaz Şirin qızı (1906-1979)
Quliyev Əyyub Hüseynalı oğlu (1924-1991)
Həsənov Soltan Şirin oğlu (1928-199)
Abbasov Qadir Allahyar oğlu (1971-1983)
Zeynalov Umud Səlim oğlu (1926-1990)
Bəzi məzar daşlarında ad və soyad olmasa da, şəkillər var.
Qeyd edək ki, Xocavənd rayonunun Azıx kəndi 1993-cü ildə erməni silahlı birləşmələrinin nəzarətinə keçib, 2020-ci il noyabrın 9-da işğaldan azad olunub. Hazırda kənd mina və partlamamış sursatlarla çirklənmiş hesab olunur. APA-nın əməkdaşlarının kənddə olmasına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları dəstək olublar və təhlükəsizliyi təmin ediblər.
apa
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












