Ermənilərin ərazilərimizə atdıqları fosforlu top mərmiləri, raket zərərsizləşdirildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Ağentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 24 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş 25 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Minəxorlu kəndi, Ağdam rayonunun Əfətli kəndi, Bərdə rayonu, Füzuli rayonunun Alxanlı kəndi, Tərtər Köçərli, Qaynaq, Qazyan, Səhləbad, Yenikənd kəndləri, Ə.İsmayılov, H.Aslanov, T.Rəhimov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket (9M528) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










