Ermənilərin gizli silah daşıdığı yol tam nəzarətə götürülüb

Martın 25-də Müdafiə Nazirliyi məlumat yayıb ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Rəsmi məlumata görə, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Müdafiə Nazirliyinin yaydığı açıqlamadan məlum olub ki, Azərbaycan Ordusu ermənilərin Laçın yoluna paralel olan torpaq yoldan istifadə etməsinin qarşısını almaq məqsədilə kiçik əməliyyat keçirib və Xankəndi-Xəlfəli-Turşsu yoluna nəzarəti ələ alıb.
Ordumuzun nəzarətə götürdüyü yolun Azərbaycan üçün əhəmiyyəti nədir?
Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekpert Ədalət Verdiyev bildirib ki, Ermənistandan Xankəndiyə gizli silah daşınması üçün Laçın yoluna alternativ iki yoldan istifadə olunub. Bunlar Xankəndi-Xəlfəli-Turşsu və sözügedən yoldan bir qədər şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolu idi.
"Laçın-Xankəndi yolunda ekoloji aksiya başladıqdan sonra ermənilər bu yolları işlək vəziyyətə gətirmişdi. Son ay ərzində hər iki marşurut üzrə daşınmalar texniki vasitələr ilə qeydə alınırdı", - deyə o bildirib.

Ə.Verdiyev vurğulayıb ki, sülhməramlılar qanunsuz daşımaların qarşısını almaq yerinə onları müşayiət edirdi:
"Hazırda Azərbaycan Ordusunun bölmələri Xankəndi-Xəlfəli-Turşsu yolunun üzərində yerləşən 2054 metr yüksəklikdəki hakim dağ üzərində yerləşib. Məhz buna görə də həmin yol ilə qanunsuz daşımalar dayanıb. Azərbaycan tərəfi daşımaların qarşısını almaq üçün sülhməramlı kontingentə müraciət etsə də, onlar bunu cavabsız qoyub, heç bir tədbir görməyib. Əksinə onlar ermənilərin qanunsuz olaraq Qarabağa silah gətirməsini müşayiət etdilər. Bu vəziyyət bizim üçün qəbuledilməz idi. Azərbaycan Ordusu ərazidə gedən prosesləri nəzərə alaraq Sarıbaba yüksəkliyindən təxminən 3 kilometr məsafədə yerləşən 2054 yüksəkliyini nəzarətə götürüb. Biz artıq həmin yüksəklikdən Xankəndi-Xəlfəli-Turşsu yoluna tam nəzarət edirik. Ermənistanın bu yolla qanunsuz silah daşıması tamamilə məhdudlaşdırılıb".
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO










