Ermənilərin Laçında törətdikləri təxribatda yaralanan hərbçimizin son durumu açıqlandı - YENİLƏNİB - VİDEO

İyunun 16-da Dövlət Sərhəd Xidməti (DSX) rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.
Bu barədə Avtosfer.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Həkimlər bildirib ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.
“Hərbi qulluqçu DSX-nin rəhbərliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib”, - məlumatda qeyd olunub.
15:01
İyunun 15-i saat 08:45-də Ermənistan silahlı qüvvələri terror-təxribat əməllərini növbəti dəfə davam etdirməklə Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsinə dislokasiya olunub və müxtəlif çaplı odlu silahlardan ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə hərbi qulluqçumuz, gizir Elşən Rüstəmov güllə yaraları alıb.
Real TV təxribat nəticəsində yaralanan gizir Elşən Rüstəmova müalicə aldığı xəstəxanada baş çəkib.
“Çox şükür, hər şey qaydasındadır. Sol ayaqdan yaralanmışam. Gündəlik fəaliyyətimiz olaraq üçrəngli bayrağımızı öz ərazimizdə dalğalandırarkən düşmən tərəfi növbəti təxribata əl atdı, bizi atəşə tutmağa başladı və bu zaman biz silahsız idik.
Düşmən tərəfi təxribatı törədərkən biz tez bir şəkildə mövqeləndik və bu zaman mən ayağımdan yaralandım. Heyətimizin peşəkarlığı sayəsində mənə ilkin tibbi yardım göstərildi və mən o ərazidən təxliyə edildim, düşmən tərəfi cavab atəşi ilə susduruldu” ,- deyə E.Rüstəmov bildirib.
Daha ətraflı videomaterialda:
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










