Ermənilərin Tərtər və Ağdamı atəşə tutması nəticəsində artezian quyularına ziyan dəyib

Ermənilərin Tərtər və Ağdam rayonlarını atəşə tutması nəticəsində artezian quyularına ziyan dəyib.
Avtosfer.az-ın məlumatına görə Ağdam Mexaniki Suvarma idarəsinin rəisi Hafiz Əzimov APA-nın Qarabağ bürosuna bildirib ki, ermənilərin atdığı top və raket mərmiləri cəbhə xəttinə yaxın ərazilərdəki artezian quyularını yararsız hala salıb. Yaşayış məntəqələrində isə 6 ədəd artezian quyusuna top mərmisinin qəlpələri ziyan vurub.
H. Əzimovun sözlərinə görə, mərmi düşməsi nəticəsində yaşayış məntəqələrində yararsız hala düşən su quyuları yenidən bərpa olunaraq istifadəyə verilib. Lakin qoşunların qarşıdurma xəttinə yaxın ərazilərdəki artezian quyuları təhlükəli ərazilərdə yerləşdiyi üçün təmir işləri aparmaq mümkün deyil.
H. Əzimov onu da bildirib ki, ermənilərin Ağdama atdığı top mərmilərindən biri də Ağdam Mexaniki Suvarma İdarəsinin həyətinə düşüb.
Tərtər rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyevin APA-ya verdiyi xəbərə görə, rayonun Hüsənli, Küçərli, Əskipara və Qəzyan kəndlərini ermənilərin ağır artilleriyadan atəşə tutulması nəticəsində 11 artezian quyusu sıradan çıxıb. Ə. Əliyev dağıntılara məruz qalan quyuların qısa müddətdə bərpa olunaraq yenidən istifadəyə verildiyini deyib.
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək












