Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yoluna nəzarət modelini hazırladı

Ermənistan Naxçıvandan Azərbaycana dəmir yolu açılacağı halda ona nəzarət modelini təqdim edib.
Avtosfer.az xəbər verir ki, Ermənistan hökuməti Naxçıvandan Azərbaycana dəmir yolu açılacağı təqdirdə ona nəzarət modelini hazırlayıb. Bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan mayın 17-də parlamentdə jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldəki danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanın Ümumdünya Gömrük Təşkilatına Naxçıvandan keçən dəmir yolunun işə salınmasına dəstək üçün müraciət etmək barədə razılığa gəldiyini açıqlamışdı.
“Gürcüstanın və Abxaziyanın bu hissəsində eyni tənzimləmə planlaşdırılıb və ona dünyanın tanınmış şirkətlərindən biri nəzarət etməli idi. Bu, İsveçrə şirkəti idi, lakin bütün dünyada sənədlərinə etibar edilən fransız təşkilatları, bir sıra başqa şirkətlər də var”, - Kerobyan bildirib.
O qeyd edib ki, bu nəzarət modelinə görə, Abxaziyaya giriş-çıxış zonalarında adıçəkilən şirkətin gömrük funksiyasını əvəz etməli olan yoxlama məntəqələri yerləşdirilməli idi.
Nazir vurğulayıb ki, Abxaziyaya münasibətdə bu alət işləməsə də, dəmir yoluna nəzarət etmək üçün hansı modeldən istifadə oluna biləcəyi barədə təsəvvür yaranıb. “Ümumiləşdirərək qeyd etmək lazımdır ki, biz istənilən növ infrastrukturun inkişafının tərəfdarıyıq, çünki Ermənistanın bu baxımdan kifayət qədər böyük potensialı var. Baxmayaraq, biz infrastruktura böyük sərmayələr qoyuruq, nəzərə alsaq ki, son 30 ildə infrastruktura mütənasib sərmayələr olmayıb və onlar ümumilikdə inkişaf etməyiblər, indi böyük investisiyalara ehtiyacımız var. Hökumət isə bütün bu sahələrə böyük sərmayələr qoymağa tələsir və bunu edir”, – Kerobyan yekunlaşdırıb.
Publika.az
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










