Ermənistan Azərbaycanla sərhəddə hava limanı tikmək istəyir - VİDEO

Ermənistan yenə də öz pozucu fəaliyyəti ilə məşğuldur.
Sülh müqaviləsi imzalamamaq üçün dəfələrlə təxribatlar törədib vəziyyəti gərginləşdirən Ermənistan indi sərhədimizə yaxın ərazidə hava limanı istifadəyə vermək istəyir.
Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Ermənistanın sülh müqaviləsi imzalamadığı bir dövlətlə sərhəddə hava limanı tikməsi absurddur və qəbul edilməzdir.
Hərbi ekspert deyir ki, sovet dövründə Qafan hava limanı fəaliyyət göstərirdi, lakin o zaman faktiki olaraq heç bir sərhəd yox idi, çünki bütün respublikalar vahid məkanın bir hissəsi idi.
Ekspertin sözlərinə görə, Azərbaycanda Zəngilan hava limanı inşa edilərkən sərhəddən uzaq məsafə seçildi, hətta, marşruta təsir edə biləcək küləyin mümkün gücü də nəzərə alındı ki, təyyarələrin Ermənistan ərazisinə keşməsi riski olmasın. Qafan hava limanı isə Azərbaycan mövqelərinə olduqca yaxındır. Hava limanından eniş və uçuş zamanı təyyarələrin Azərbaycanın hava məkanını pozması qaçılmazdır.
Ermənistanın Qafan aeroportunun açılması kimi birtərəfli təxribatçı addımları cavabsız qalmayacaq. Azərbaycan öz hava məkanının pozulmasına yol verməyəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












