Ermənistan ordusu böyük itki verib - 450 hərbçi ölüb

Media Təhlil Mərkəzi sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı Ermənistan tərəfinin məhv edilən hərbi texnikasının və canlı qüvvəsinin sayını açıqlayıb.
Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası, 3 KAMAZ, 1 URAL, 1 UAZ, 3 mühəndis texnikası, 1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500 ədəd döyüş sursatı və həmçinin müyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib.
Məlumatda qeyd olunub ki, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb. Qeyd olunub ki, toqquşmalar zamanı 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb. Məlumatda bildirilib ki, Ermənistan tərəfi 450 nəfərədək canlı qüvvə itirib
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb










