Ermənistana cavab: Azərbaycan öz ərazisindəki ekoloji durumu qorumaqda maraqlıdır

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistan Ətraf Mühit Nazirliyinin iri metallurgiya zavodunun inşası barədə bəyanatına cavab verib.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Report-a bildirib ki, Ermənistan bu məsələdə beynəlxalq sazişlər çərçivəsində öhdəsinə götürdüyü məsuliyyəti yerinə yetirməyib.
"Bu zavodun tikintisinin Ermənistanınn qanunvericiliyinə uyğun olub-olmamasından deyil, onun beynəlxalq hüquq normalarına cavab verib-verməməsindən söhbət gedir. Ermənistan ESPO konvensiyasının üzvüdür, bu konvensiyada konkret olaraq yazılıb ki, hər hansı bir sərhədə yaxın, digər ölkənin ərazisinə ekoloji təsir ehtimalı olan halda həmin ölkə ilə ətraf mühitə təsirin qiymətləndirilməsi proseduru ilə bağlı müzakirələr və razılaşmalar aparılmalıdır. Biz demirik ki, Ermənistan ekoloji normalara uyğun olmayan bir zavod tikir, biz deyirik ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Yəni onlar bizə müvafiq sənədləri göndərsəydi, görsəydik ki, bu zavodun fəaliyyəti ekoloji cəhətdən təmizdir, biz heç nə deməyəcəkdik", - nazirin müşaviri deyib.
Onun sözlərinə görə, Azərbaycan öz ərazisindəki ekoloji durumu öyrənməkdə və qorumaqda maraqlıdır:
"Ermənistanın tikməyə çalışdığı bu zavod Azərbaycan ərazisinə çox yaxındır, təxminən 1 kilometrlik məsafə var. Ona görə də Ermənistan zavodu tikməyə başlamazdan əvvəl ekoloji təsirlə bağlı məlumatları Azərbaycanla paylaşmadığı üçün artıq beynəlxalq öhdəliyi pozmuş sayılır".
Qeyd edək ki, Ermənistan Ətraf Mühit Nazirliyi metallurgiya zavodunun ekoloji standartlara və tələblərə uyğun, daxili qanunvericilik çərçivəsində tikiləcəyini bəyan edib. Bəyanatda Ermənistan ətraf mühitin mühafizəsi sahəsində bütün beynəlxalq öhdəlikləri yerinə yetirməyə sadiq olduğunu iddia edir.
Xatırladaq ki, iyunun 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərən qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.
Nazirlik Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












