Ermənistandakı müxalifət parlament böhranını elan etdi

Ermənistandakı müxalifət qanunverici orqanın təcili iclasının çağırılması ilə bağlı qərarı qəbul etməli olan parlament şurasının toplantısının ləğv olunmasını parlament böhranı kimi qiymətləndirib.
Bununla bağlı TASS agentliyinə “Çiçəklənən Ermənistan” partiyasının müşaviri, parlament şurasının üzvü Arman Aboyan deyib.
“Şuranın iclasının keçirilməsi ilə bağlı yetərsay olmayıb. Bu o deməkdir ki, ölkədə parlament böhranı var. Biz konstitusiya imkanlarından istifadə edib, mübarizəmizi davam etdirəcəyik”, - o bildirib.
O qeyd edib ki, bu gün iclasın çağırılması ilə bağlı növbəti cəhd olacaq.
Qeyd edək ki, dünən Ermənistanda parlament şurası baş nazir Nikol Paşinyanın istefası məsələsinin ölkənin növbədənkənar milli məclisinin gündəliyinə daxil edilməsi ilə bağlı müzakirələr aparmaq üçün iclas keçirməli idi.
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu










