“Ermənistanın 400-dək hərbçisi məhv edilib” - VİDEO

“Əldə etdiyim məlumata görə, Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qanlı döyüşlərdə 400-dək hərbçisi məhv edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, meyitlərin çoxu hələ də döyüş meydanlarında qaldığına görə Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirib ortaya çıxarda bilmir: “Biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında qat-qat artıq alınıb. Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub.
Ədalət Verdiyev vurğulayıb ki, bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur: “Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifayət qədər məlumatlı bir insan kimi deyirəm ki, zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












