Ermənistanın təcavüzündən ən çox ziyan çəkmiş bölgələrin adları açıqlanıb

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaralanmış və həlak olmuş mülki şəxslərin bölgələr üzrə sayı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, Gəncədə 26 nəfər həlak olub, 142 nəfər yaralanıb, Bərdədə 27 nəfər həlak olub, 95 nəfər yaralanıb, Tərtərdə 17 nəfər həlak olub, 56 nəfər yaralanıb. Ümumilikdə, təcavüz nəticəsində həlak olmuş dinc mülki şəxslər və yaralanmış şəxslərin sayı 487-ə bərabərdir”.
Vüsal Qasımlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ziyan dəymiş mülki obyektlərin rayonlar üzrə statistikasını da açıqlayıb. O, ümumilikdə 2 753 tikiliyə ziyan dəydiyini vurğulayıb. Onun sözlərinə görə, bu göstərici Tərtər rayonu üzrə 1 102, Ağcəbədi 349, Gəncə üzrə 130, Mingəçevir üzrə 11, Ağdam üzrə 775, Beyləqan üzrə 71, Qəbələ üzrə 19, Göygöl üzrə 3, Goranboy üzrə 161, Füzuli üzrə 37 olub”.
2 442 fərdi yaşayış evləridir, onların 277-si tamamilə dağıdılıb: “Ziyan dəymiş evlər isə 2 165-ə bərabərdir. Yardımçı tikililər 311-di, onlardan 70-dən çoxu tamamilə dağıdılıb, 241-i isə ziyan çəkib.
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










