Ermənistanla Rusiya alternativ yol tapıb - Dənizdən...

Gürcüstandan keçərək Ermənistanla Rusiyanı birləşdirən yeganə yol olan Yuxarı Lars yoluna alternativ formalaşdırılır. Əlverişsiz hava şəraiti, avtomobil axınının artması və gecikmələrə görə yük maşınlarının həftələrlə ilişib qaldığı yolun əvəzinə Batum-Novorossiysk dəniz marşrutu ilə və əks istiqamətdə yük daşınmasına start verilib. Bu prosesi təşkil etmək üçün Ermənistan hökuməti operator kimi "C&M INTERNATIONAL" şirkətini seçib.
Aprel ayından şirkət dəniz yolu ilə Novorossiysk-Batum, Batum-Novorossiysk istiqamətində yük daşımaları həyata keçirməyə başlayıb. Yüklərin daşınması dövlət subsidiyaları hesabına həyata keçirilməlidir.
Avtosfer.az xəbər verir ki, şirkətin direktoru David Eloyan "Armenpress"ə müsahibəsində bu istiqamətdə artıq 2 yükdaşımanın həyata keçirildiyini bildirib.
“Bu gün gəmimiz 350 konteyner daşıya bilir. Aprelin 18-də biz ilk göndərişi başa vurduq. Novorossiysk və Batum arasında həftədə bir dəfə müntəzəm daşıma planlaşdırırıq. Tələbatla paralel olaraq, zərurət yarandıqda, trafiki 2-3 dəfə artıra biləcəyik. İndi ən vacibi həftədə bir dəfə müntəzəm, dayanıqlı daşıma həyata keçirməkdir”, - Eloyan vurğulayıb.
O əmin edib ki, bu variant bir çox sahibkarlar üçün çox faydalı ola bilər: "Yük 20-24 saat ərzində təyin olunmuş yerə çatır. Yol boyu heç bir problem yoxdur, sahibkarlar malların vaxtında tərəfdaşlarına çatacağına əmin ola bilərlər".
Modern.az
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












