Əsədin qızından QALMAQALLI ÇAĞIRIŞ: Yardım etməyin

Suriya prezidenti Bəşər Əsədin qızı Zein Əsəd qalmaqallı çağırış edib.
Dövlət başçısının qızı dağıdıcı zəlzələ ilə bağlı müraciətində Suriyada müxalifətin nəzarətində olan ərazilərə yardım edilməsini istəmədiyini bildirib.
"İdlibdə terrorçuları dəstəkləyən qruplar var. Bu yardımlar Hələb, Lazkiyə və Həmaya çatmayacaq", - deyə Zein Əsəd minlərlə insanın kömək gözlədiyi məqamda yardımların əleyhinə olduğunu gizlətməyib.
Prezidentin qızının fikirləri birmənalı qarşılanmayıb və bu addım etiraz doğurub.
Qeyd edək ki, son məlumatlara görə, Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2530, yaralananların sayı 4645 nəfərə çatıb. Suriyanın zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Lazkiyə və Tartus əyalətlərində axtarış-xilasetmə işləri davam edir.
Əsəd rejiminin nəzarətində olan bölgələrdə 1250 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Suriyanın şimalında, müxalifətin nəzarətində olan bölgələrdə isə 1280 nəfər həyatını itirib, yaralananların sayı 2600 nəfəri ötüb. (modern.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












