Əsir düşmüş erməni: “Mənə dedilər ki, müharibədə iştirak etməlisən”

Ermənistan tərəfindən zorla döyüşlərə göndərilmiş adventislər icmasının üzvü erməni Hovsep Saakyan Bakıdakı Yeddinci Günün Adventistlərinin ibadət evində dua edib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib ki, biz sülhdə yaşamalıyıq:
“Allah müharibəni istəmir. Mən həmişə istəmişəm ki, erməni və Azərbaycan xalqı birlikdə sülh şəraitində yaşasın. Mən çox şadam ki, Allah möcüzəli şəkildə mənim həyatımı qoruyub, saxlayıb və hazırda burdayam.
Mənə hərbi komissarlıqdan zəng edib dedilər ki, müharibədə iştirak etməlisən. Mən dedim ki, Adventist kilsəsinin pastoruyam və əlimə silah götürüb heç kimi öldürə bilmərəm. Dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur.
Allah mənə yeni bir imkan verdi. Mən burda Azərbaycanın Yeddinci Günün Adventistləri ilə birlikdə olmaqdan məmnunam. Mən Azərbaycan və erməni xalqını sülhə çağırıram. Allah istəyir ki, biz sülhdə və əmin-amanlıqda yaşayaq”.
O qeyd edib ki, Ermənistanda orduya çağırılan zaman mənim dediklərimə məhəl qoymadılar və dedilər ki, cəbhədə olmalısan:
“Mən qərara gəldim ki, insanları öldürməyəcəm və insanları xilas edəcəm. Bu, baş verdi və mən bir nəfər yaralanmış şəxsə kömək etdim”.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











