Estoniya Saakaşviliyə görə Gürcüstana müraciət etdi

Estoniya Gürcüstanı sabiq prezident Mixail Saakaşvilinin xaricdə müalicəsinə icazə verməyə çağırıb.
Bu haqda Estoniyanın xarici işlər naziri Urmas Reinsalu gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə telefon danışığı zamanı bildirib.
“Mən Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı narahatlığımı bildirdim və ona xaricdə müalicə olunmaq imkanının verilməsinə çağırdım”, - Reinsalu telefon danışığı ilə bağlı açıqlamasında bildirib.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı. (Qafqazinfo)
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO










