Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov azadlığa çıxdı

2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyədə azadlığa çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya Dəmirova yaxın mənbələr danışıblar.
Bildirilib ki, Gözəl Dəmirovun azadlığa çıxmasına səbəb olaraq, onun onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilib.
Araşdırma zamanı isə bəlli olub ki, Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.
O da məlum olub ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. Belə ki, o, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycana gəlib-gedir.
Dəmirovun hər iki ölkədə biznes fəaliyyətini aktiv şəkildə davam etdirdiyi də deyilir.
Qeyd edək ki, Etimad İsmayılov uzun illər hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş İlyas İsmayılovun oğludur.
Onun Türkiyədə qətlə yetirilməsi qonşu ölkədə və Azərbaycanda böyük sensasiyaya səbəb olmuşdu.
Gözəl Dəmirova gəlincə, xatırladaq ki, o, polis polkovnikidir və DİN-də yüksək vəzifələrdə çalışıb.
Fotoda Etimad İsmayılov

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












