Etirazlara görə Fransada ictimai nəqliyyatın hərəkəti dayandırılır

Fransa Daxili İşlər Nazirliyi ölkə ərazisində ictimai nəqliyyatın dayandırılacağını bildirib.
Buna fransız polisinin 17 yaşlı yeniyetmə üzərində qətlə yetirilməsi ilə bağlı yaranan etirazlar səbəb olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, cümə günü saat 21:00-dan etibarən ölkə ərazisində avtobus və tramvayların hərəkəti dayandırılacaq. Bundan əvvəl belə məhdudiyyət yalnız Parisdə tətbiq edilirdisə, indi tədbir bütün ölkəyə şamil edilir. Beləliklə, səlahiyyətlilər işçiləri və sərnişinləri qorumaq istəyirlər. Bundan əlavə, ölkədə fişəng satışına da məhdudiyyət qoyulub.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ölkəsində baş verən iğtişaşlarla bağlı fövqəladə iclasda iştirak etmək üçün Brüsseldə keçirilən Aİ sammitini təcili tərk edib. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












