Evlərində narkotik maddələr aşkarlanan şəxslər saxlanıldı - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Nəbi Hüseynov və Əvəz Həşimov saxlanılıblar.
N.Hüseynovun yaşadığı ünvana baxış keçirilərkən 895 qram marixuana və çəkisi 120 qram olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. Ə.Həşimovun üzərində aparılan şəxsi axtarış zamanı isə ayrı-ayrı bükümlərdə qablaşdırılmış külli miqdarda heroin aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarları ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.



Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO












