F-35 qırıcılarının gövdələri Almaniyada istehsal olunacaq

ABŞ-ın “Lockheed Martin” və “Northrop Grumman” şirkətləri Almaniyanın “Rheinmetall AG” konserni ilə Amerikanın beşinci nəsil F-35 qırıcılarının gövdəsinin mərkəzi hissəsinin istehsalı üçün Almaniyada ikinci konveyerin açılmasına dair niyyət sazişi imzalayıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə “Asia Pacific Defence Reporter” məlumat yayıb.
Məlumata görə, təşəbbüs Avropa sənayesinin F-35 istehsal proqramında rolunun artırılmasına yönəlib.
"F-35-lərin mərkəzi gövdəsinin Almaniyada istehsalı XXI əsrdə təhlükəsizlikdə mühüm rol oynayan bu qırıcılara artan qlobal tələbatı ödəmək üçün həyati əhəmiyyət kəsb edəcək", - “LockheedMartin”-in F-35 müştəri proqramları üzrə vitse-prezidenti Mayk Şumayker deyib.
“Northrop Grumman” “Lockheed Martin”in F-35 proqramı üçün əsas tərəfdaşıdır. Şirkət mərkəzi gövdə və qanad dərilərinin istehsalı ilə yanaşı, sensor sistemlərinin, avionikanın, təyyarə proqram təminatının və simulyatorların hazırlanması, istehsalı və texniki xidmətinə də cavabdehdir.
Nəşr qeyd edir ki, hazırda F-35-lər dünyanın 37 bazasında və gəmilərində idarə olunur. Silahlı qüvvələrdə 890-dan çox F-35, 1 900-dən çox pilot və 13 500 texniki xidmət personalı ilə xidmətdədir.
Report
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO










