“Face studio”nun sahibi uşağını anasından aldadaraq alıb?

Bir müddət əvvəl “Face studio” gözəllik salonlarının və paytaxtdakı bəzi restoranların sahibi, iş adamı Rüfət Badirov rəssam olan həyat yoldaşı Fidan Həsənovadan boşanıb.
Avtosfer.az Manset.az-a istinadən xəbər verir ki, tərəflərin ailə münasibətləri başa çatsa da, 5 yaşlı oğullarına görə məhkəmə çəkişməsi davam edir.
Belə ki, mediasiya mərhələsində barışıq sənədi imzalayan F. Həsənova övladının ondan alınmasına dair sənəddə aldadıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunub və 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində aldadılaraq azyaşlı övladının atasında qalması barədə razılaşmanı imzalayıb.
Fidan Həsənova bildirib ki, məsələ ilə bağlı Xətai Rayon Məhkəməsi qarşı tərəfin lehinə qərar çıxarıb. Apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Hazırda şikayət Ali Məhkəmədədir və yekun qərar orada veriləcək.
Məsələnin maraqlı tərəflərindən biri də mediasiyada imzalanan barışıq müqaviləsində anaya aylıq 10 min manat aliment təyin edilməsi ilə bağlıdır. F. Həsənova bu məsələdə də aldadıldığını deyir.
Fidan Həsənova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, imzalanmış müqavilə üzrə Rüfət Badirov ona 3 ay müddətində hər dəfə 10 min manat olmaqla ödəniş edib: “İki ildir ki, bizim mübahisəmiz davam edir. Müqavilə bağlanan vaxtdan uşaq mənimlədir və mənimlə yaşayır. Hazırda məhkəmə prosesinin son mərhələsi gedir. Bu günədək bütün mərhələləri mən uduzmuşam, lakin övladımın mənə verilməməsi ilə bağlı heç bir tutarlı əsas yoxdur. Sadəcə mediasiyada məni aldadaraq imzalatdırdıqları müqavilə əsas götürülərək uşaq ataya verilir. Halbuki mənim hüququm var ki, müraciət edərək həmin müqaviləni ləğv etdirim”.
Şikayətçinin sözlərinə görə, bir il yarımdan çoxdur imzalanmış müqavilə üzrə ona ödənilməli olan aylıq 10 min manatlıq alimenti ala bilmir və bununla bağlı da Xətai Rayon Məhkəməsinə müraciət edib: “Lakin məhkəmədə qaldırdığım mülki iddia heç icraata qəbul edilməyərək rədd edildi”.
Rüfət Badirov isə “Qafqazinfo”ya açıqlamasında məsələnin hüquqi müstəvidə həll olunacağını və hazırda məhkəmə prosesinin davam etdiyini söyləyib.
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO










