Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində məhkəmə qərar verdi

Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb.
Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. (apa)
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO










