FHN-in modul tipli hospitalının baş həkimi azadlığa buraxıldı

Rüşvət ittihamı ilə həbs edilmiş FHN-in modul tipli hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, o, cəza müddətinin üçdə ikisini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azad edilib.
Belə ki, Ağayevin azadlığa buraxılması ilə bağlı müraciətinə bu gün məhkəmədə baxılıb. Məhkəmə müraciəti təmin edib və baş həkim bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub.
Qafqazinfo
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












