FHN-in Tibb Mərkəzi məhkəməyə verildi - Xanım Sofiyeva oksigen balonlarının pulunu ödəmir - FOTO

Polkovnik Xanım Sofiyevanın rəhbəri olduğu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzi məhkəməyə verilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, “Kriogen-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən alqı-satqı müqaviləsinin şərtləri pozulduğu üçün Tibb Mərkəzi ilə bağlı məhkəməyə müraciət edilib.
MMC-nin qanuni təmsilçisi Hacıyev Səlvər Əlmusa oğlu tərəfindən FHN-in Tibb Xidmətinin Tibb Mərkəzi ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
Ehtimal edilir ki, “Kriogen-N” MMC FHN-in Tibb Mərkəzinin tərkibində olan modul tipli hospitalı oksigen balonları ilə təmin edib. Nəticədə mərkəzin “Kriogen-N” MMC-yə külli miqdarda borcu yaranıb.
“Kriogen-N”in hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 410 min 213,18 qəpik vergi borcu var.
Xatırladaq ki, 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışını edib. Üstündən 8 il keçməsinə baxmayaraq, bu qurumda tibb sahəsi üzrə ciddi maddi-texniki çatışmazlıqlar var. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün də külli miqdara maliyyə vəsaiti ayrılıb və iş Xanım Sofiyevaya tapşırılıb. Bakı Regional Mərkəzində isə tikinti işləri yarımçıq saxlanılıb. FHN əməkdaşlarının müalicə və müayinəsi ilə məşğul olan mərkəz onlara əksər tibb xidmətlərini də göstərə bilmir. FHN əməkdaşları məcbur qalıb başqa xəstəxanalara üz tutmalı olurlar.
Bu azmış kimi FHN-in Bakı Regional Mərkəzinin əməkdaşlarının işləri də iflic vəziyyətə düşüb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












