FHN işğaldan azad edilmiş ərazilərdəki məktəblərdə təlimlər keçirdi - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra ümumtəhsil müəssisələrində “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində maarifləndirici təlimlər təşkil olunub.
Avtosfer.az xəbər verir ki, təlimlər Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Maarifləndirmə tədbirləri Ağdərə rayonu Talış kənd, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhər 1 nömrəli, Şuşa şəhər 1 nömrəli və Laçın şəhər 2 nömrəli tam orta məktəblərində keçirilib.
Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik vərdişləri və təxliyə barədə biliklərinin artırılması, onların risklərə qarşı hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Tədbirlərdən əvvəl Vətən yolunda canından keçmiş şəhidlərimizin məzarları ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib. Tədbirlərin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı zəruri davranış qaydaları barədə, o cümlədən əmək təhlükəsizliyinin əhəmiyyəti, mina təhlükəsindən qorunmağın yolları, qaz, elektrik və yanğın təhlükəsizliyi, liftdən istifadə qaydaları, ilk yardım barəsində ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Təlimlərin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar Nazirliyin qüvvələrinin operativ olaraq əraziyə cəlb edilməsi, məktəblilərin təxliyəsi və “fəsadların” aradan qaldırılması əməliyyatları icra olunub.
Təlimlər uğurla keçib və qarşıya qoyulan məqsədlərə nail olunub.





Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












